BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah 41 dərəcə isti olacaq

Avqustun 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz, mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Tarix: 12 Avqust 2022, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin