BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: "“Neftçi” çoxlu qol vəziyyəti yaratdı, amma ustalıqları çatmadı"

“Dünən “Neftçi”nin futbolçuları bütün gücləri ilə oynadılar, döyüşdülər, lakin pərakəndə oyun apardılar. Deyəsən, bu dəfə məşqçi aparmamışdılar. Çünki məşqçinin oyuna heç bir müdaxiləsi, üslubu, əvəzetmələri görünmədi. Futbolçular isə ayrı-ayrılıqda özlərini öldürürdülər və sona qədər də vuruşdular. Futboldur da, udmaq da var uduzmaq da.”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

Deputat vurğulayıb ki, “Neftçi” Rapid”ə qalib gələ bilərdi: “Keçən oyundakı kimi, bu oyunda da şansları var idi. Futbolçularımızda yorğunluq hiss olunurdu. Məşqçi də əvəzetmələri vaxtında etmədi. Sona 5 dəqiqə qalmış iki oyunçu əvəzləndi. Bununla belə “Neftçi” çoxlu qol vəziyyəti yaratdı, amma ustalıqları çatmadı. Yenə də deyirəm gözəl oynayırdılar, həm də o cür azarkeş təzyiqinin altında... Mən onları qınaya bilmərəm. Sadəcə məşqçi də olsaydı yaxşı olardı.”

 

Qeyd: Ötən gün "Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Avstriyada "Rapid" klubunun qonağı olub. Rəqibinə 0:2 hesabı ilə uduzan "Neftçi" Konfrans Liqası ilə vidalaşıb.

 

Leyla Yusubova

Tarix: 12 Avqust 2022, 12:50   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin