BURADA REKLAMINIZ OLA
BİLƏR

"Xankəndidə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşları olaraq öz mövcudluqlarını davam etdirə bilərlər" - Deputat

“Azərbaycan bütün əraziləri boyunca suverenliyini təmin etməlidir. Bu, müzakirə məsələsi deyil. Hər zaman qeyd etmişik ki, Azərbaycan ardıcıl olaraq istər hərbi, istər siyasi-iqtisadi xarakterli addımlar atmaqla, əraziləri boyunca öz suverenliyini təmin edəcək. Xankəndi Azərbaycanın əzəli ərazisidir. Azərbaycan ərazisində, Xankəndi və ərtraf ərazilərdə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşları olaraq öz mövcudluqlarını davam etdirə bilərlər. Başqa yolu yoxdur. Bunu da siyasi, diplomatik yolla həll etməyə çalışırıq. Yəni Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması çərçivəsində Azərbaycanın ərazisində yaşayan ermənilərin yaşayışları buradakı qanunlarına uyğun, Azərbaycan vətəndaşları kimi mövcud olacaqları şəraitdə təmin oluna bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

 

Deputat bildirib ki, belə olan halda mütləq şəkildə Xankəndi və digər ərazilərdə Azərbaycan dövlət orqanları fəaliyyət göstərəcəklər: “Bunların formalaşdırılması çətin məsələ deyil, zamana ehtiyac var. Artıq bunun üçün bütün ilkin elementlər mövcuddur. Erməni separatçıları aydın dərk etdilər ki, bundan sonra separatizm üçün heç bir imkan mövcud deyil. Təxribatların ermənilərin özləri üçün necə ağır nəticələnəcəyini Azərbaycan ərazisində yaşayan ermənilər də, separatçılar da, Ermənistanın özü də görmüş oldu. Xankəndi ətrafında yüksəkliklərin Ordumuzun nəzarəti altına keçməsi, işğaldan azad etdiyimiz ərazilərdə böyük quruculuq işlərinin həyata keçirilməsi, gələcəkdə hərbi təhlükəsizliyin təmin olunmasına xidmət edəcək. Azərbaycanın strateji mövqelərini daha da möhkəmləndirəcək yol, nəqliyyat infrastrukturunun qurulması, Azərbaycanın bütün əraziləri boyunca tam nəzarətinə gətirib çıxaracaq. Bu, qaçılmaz prosesdir, artıq bu proses başlayıb. Azərbaycan bütün istiqamətlərdə prioritetlərini həyata keçirməkdədir”.

 

Aytəkin Qardaşova

Tarix: 12 Avqust 2022, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin