BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “İctimai yerlərdə rus dilindən az istifadə etmək daha düzgün olardı”

“Azərbaycanda rus dilindən ana dili kimi istifadə edən kifayət qədər insan var. Bu insanlara qarşı narazılıqlarını ifadə edənlər son illər Rusiyanın Azərbaycana qarşı etdiklərini, 90-cı illərdə Ermənistana çox ciddi dəstək verməsini və bunun nəticəsində Azərbaycan xalqının böyük faciələr yaşamasını unuda bilmirlər. Bu insanların Rusiyaya və rus dilinə olan münasibətlərinə daha həsasslıqla yanaşıb, ictimai yerlərdə rus dilindən az istifadə etmək daha düzgün olardı”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

 

Partiya sədri bildirib ki, ictimai yerlərdə rus dilində danışan insanlara qarşı çox ciddi narazılıq var: “Hətta Şuşaya səfər edərkən partiya sədrləri arasında da bu məsələ ilə bağlı çox ciddi mübahisə oldu. Onlardan birinin rus dilində danışması digərləri tərəfindən qəzəblə qarşılandı. Azərbaycanda kifayət qədər insan Rusiyanın başımıza gətirdiklərini bilir və onların bu düşüncülərinə həsasslıqla yanaşılmalıdır. Dövlət dili Azərbaycan dilidir və yaxşı olardı ki, hamı bu dildə danışsın. Ancaq digər tərəfdən insanları məcbur etmək də olmaz. Bəzi insanlar Azərbaycanda yaşasalar, hətta azərbaycanlı olsalar belə, Azərbaycan dilində danışa bilmirlər. Bu reallığı da nəzərə almalıyıq. Bu cür hallar bundan sonra da baş verəcək. Yəni ictimai yerlərdə rus dilində danışanlara qarşı etirazlar bundan sonra davam edəcək. Çünki Rusiyanın son dövrlər Ukraynada törətdiyi, keçmiş imperiyanı bərpaetmə istiqamətində verdiyi bəyanatlar bu ölkəyə qarşı qəzəbi daha da artırıb. Hamı bunu nəzərə alaraq imkan daxilində ictimai yerlərdə Azərbaycan dilində danışmağa çalışmalıdır. Rus dillilərin Azərbaycanda sıxışdırıldığını və onlara qarşı olan etirazları təxribat hesab etmirəm. Bu Rusiya hakimiyyətinin son illər törətdiklərinə cavab olaraq meydana çıxan reallıqdır. Onlar əkdiklərini biçirlər. Rus dilində danışan adamlara qəzəbli reaksiya verən insanlara qarşı anlayış göstərməlidirlər”.

 

Leyla Yusubova

Tarix: 12 Avqust 2022, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin