BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıya eniş etdi

"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan Pravda.az-a verilən xəbərə görə, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

 

Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.

 

Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.

Tarix: 13 Avqust 2022, 10:09   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin