BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bu yaşayış binası sökülür - FOTOLAR

Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.

 

Pravda.az xəbər verir ki, bu, Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır.

 

Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.

 

Qeyd edək, sözügedən ünvanda yerləşən binalardan biri artıq bir neçə ay əvvəl sökülüb. Ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur.

 

İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir.

 

Trend

 

 

Tarix: 13 Avqust 2022, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin