BURADA REKLAMINIZ OLA
BİLƏR

Müşfiq Ələsgərli: “Reyestrin MEDİA-nın nəzdində yaranması əlavə faydalar gətirəcək”

“Media Reyestrinin nə vaxt işə düşəcəyi barədə dəqiq məlumat yoxdur. Ümumilikdə, Reyestr xidmətinin tətbiq olunmasının tərəfdarıyıq. “Media haqqında” qanun müzakirə olunanda da bunu dəstəkləmişəm. İndi də tərəfdarıyam. Ən azı ölkədə jurnalistlərin sayı, kəmiyyəti bilinsin. Söhbət peşəkar jurnalistika ilə məğul olanlardan gedir. Çünki istənilən halda peşəkar və bu sahədə uzun müddət normal fəaliyyət göstərən şəxslər şərtlərə uyğun olaraq Reyestrə düşə biləcəklər. Bu da imkan verəcək ki, ölkəmizdə nə qədər peşəkar, vəzifəsinin öhdəsindən gələn jurnalistlərin olduğunu bilək”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

 

M.Ələsgərli bildirib ki, Reyestrə düşən jurnalistlər üçün müəyyən sosial güzəştlərin tətbiq olunması gözlənilir: “Bu da imkan verəcək ki, xeyli sayda jurnalistimiz sosial güzəştlərdən istifadə edə bilsinlər. Artıq sosial media iştirakçıları ilə peşəkar mediada çalışan jurnalistlərimizin sərhədləri müəyyən olunacaq. Kəmiyyəti bilməyimiz üçün bir çevrə müəyyənləşəcək. Bu, normal addımdır, olmalıdır. Media Reyestri, bildiyim qədəri ilə, Medianın İnkişafı Agentliyinin nəzdində yaradılacaq. Bu da çox müsbət haldır. Çünki MEDİA yarandığı gündən çox peşəkar və keyfiyyətli fəaliyyət göstərib. İndiyə qədər də üzərinə düşən işlərin kifayət qədər öhdəsindən gəlir, öz işini tamamlanmış şəkildə, yüksək səviyyədə yerinə yetirir. Hesab edirəm, Reyestrin MEDİA-nın nəzdində yaranması əlavə faydalar gətirəcək. Bu, mediaya töhfələr verəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Avqust 2022, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin