BURADA REKLAMINIZ OLA
BİLƏR

"Deputatlardan biri dedi ki, utandığımızdan evə gedib uşaqlarımızın üzünə baxa bilmirik"

"1992-ci ildə 15 yaşım vardı. Milli Məclisin bütün iclaslarını izləyirdim. Mayda Mütəllibov çevriliş edərək təkrar vəzifəyə qayıtmağa cəhd etdi. Sözəbaxan Milli Məclis də onun "səlahiyyətlərini" təsdiqlədi. Lakin bir neçə gün sonra yenə də sözəbaxanlıq edərək Milli Məclis əks qərar verdi. Əlaltı deputatlardan biri də çıxışında dedi ki, utandığımızdan evə gedib uşaqlarımızın üzünə baxa bilmirik... Eh, onların qədrini bilməmişik!"


Pravda.az xəbər verir ki, ekspert Əkrəm Həsənov deyib.


"Heç olmasa düzgün utanmağı və evə qayıdıb əməllərinə görə mənəvi məsuliyyət daşımağı bacarırdılar..." - ekspert əlavə edib.

 

Kənan 

Tarix: 14 Avqust 2022, 10:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin