BURADA REKLAMINIZ OLA
BİLƏR

“Oba Market” keçmiş kassirini məhkəməyə verdi, iddia təmin edilmədi

Gəncə Apellyasiya Məhkəməsi “OBA Retail Chain” MMC-nin (“OBA Market”) əleyhinə qərar çıxarıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, iddiaçı “Oba Market” cavabdeh Salahov Amin İlham oğluna vurulmuş zərərinin ödənilməsi tələbinə dair mülki iddia qaldırıb.


“OBA Retail Chain” MMC iddia tələbi onunla əsaslandırıb ki, şirkətlə cavabdeh Amin Salahov arasında 14.06.2017-ci il tarixli əmək müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, cavabdeh Amin Salahov 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunub və “Tam Maddi Məsuliyyət” haqqında müqavilə imzalanıb. 27.11.2018-ci ildə müvafiq əmrlə adminstrator vəzifəsinə keçirilib. 28.06.2019-cu il tarixdə vəzifəsindən azad olunub.


Qeyd edilib ki, Amin Salahov iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verib. Belə ki, 21.12.2018-ci il tarixində şirkətin “OBA-Xətai” filialında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilib. “İnventarizasiya Nəticəsinə” dair akta əsasən, onun şirkətə 2 204 manat məbləğində zərər vurması məlum olub. Maliyyə arayışından məlum olub ki, ümumi qalıq borcundan keçən dövr ərzində 210 manat güzəştm edilib və qalıq borcu 1 994 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməyib.


Ona görə də cavabdeh Amin Salahov tərəfindən ödənilməmiş 1 994 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun “Oba Marekt” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunması istənilib.


Ağstafa Rayon Məhkəməsi MMC-nin iddiasını təmin edərək qətnamə çıxarıb. Daha sonra Amin Salahov həmin qətnamədən apellyasiya şikayəti verib. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilib. O, Ağstafa Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş edib.


Gəncə Apellyasiya Məhkəməsi Amin Salahovun apellyasiya şikayətini təmin edib. İş üzrə Ağstafa Rayon Məhkəməsinin çıxardığı qətnamə ləğv edilib və yeni qətnamə qəbul olunub. İddia tələbi təmin edilməyib. Ödənilmiş dövlət rüsumu iddaçıya aid edilib.


Kamal Məmmədov 

Tarix: 14 Avqust 2022, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin