BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslı: “Rütbə versələr, götürmərəm”

Ağ Partiyanın sədri Tural Abbaslı gömrük işçilərinə rütbə verilməsinin ədalətsiz olduğunu deyib. O bildirib ki, Qarabağda can qoyan hərbçilərimizlə gömrük işçilərinin bərabər tutulması düzgün deyil. Partiya sədrinin bu fikirləri müzakirəyə səbəb olub. Bildirilir ki, Tural Abbaslıya hər hansı rütbə verilsə, o, bundan imtina etməzdi.

 

Tural Abbaslı Pravda.az-a açıqlamasında qeyd edib ki, səsləndirdiyi fikirləri kiminsə xətrinə dəymək üçün deməyib: “Əsas məqsədimiz bu deyildi. Hərbçilərimiz, hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti illərdən bəri Vətənə, millətə xidmət edir, can qoyur. Onlar rütbə daşıyırlar, polkovnik, general olurlar. Amma rahatlıqla kabinetdə oturanlar və ya rütbəyə aidiyyatı olmayan vəzifələrə də rütbələr verilir. Bu, haqsızlıqdır. Gömrük generalına nə ehtiyac var ki? Gömrük rəisi, əməkdaşı olsun, yoxsa gömrüyün generalı, polkovniki, mayoru... Gedib Kəlbəcərdə dağın başında oturan da mayordur, burda isti kabinetdə olan da.. Polad Həşimov da generaldır, gömrükdəkilər də. Bu, mənim fikrimcə, ədalətsizlikdir. Ola bilsin, dünya sistemində də belədir. Hər halda biz hər şeyi olduğu kimi kopyalamaya bilərik”.

 

Tural Abbaslı “rütbə verilərsə, imtina edərdimi” sualına isə belə cavab verib: “İndi onlara rütbə verirlərsə, bizə nə olub? Məşhur lətifə var. Bir müğənni gəlib mərhum kamança ifaçımız Habil Əliyevə deyir ki, mənə Xalq artisti titulu verdilər. Habil Əliyev deyir ki, onlar verdi, sən niyə götürdün? İndi o misal olmasın, bizim rütbəyə ehtiyacımız yoxdur. Rütbələr haqqı olan insanlara verilməlidir. Partiya sədrinin işi siyasi fəaliyyətdir. Onun rütbəsini xalq seçkilərdə verməlidir. Amma hərbçilərimiz başqa məsələdir. Mənə nəsə rütbə versələr, yəqin ki, götürmərəm...”

 

Aytəkin Qardaşova

Tarix: 15 Avqust 2022, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin