“Son bir ayda dünyada ərzağın qiyməti sabitləşib. Bir çox ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi müşahidə edilir. Bu da gözləniləndir. Hazırda kənd təsərrüfatı məhsullarının mövsümü olduğu üçün, bu məhsulların, eləcə də də digər ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi təbiidir. Əlbəttə, ucuzlaşmaya təsir edən başqa amillər də var. Belə ki, dünya ərzaq zəncirinin bəzi halqalarının əvvəlki formaları bərpa edilir. Bəzilərində isə bu alternativ formada həyata keçirilir.”
Bunu Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.

A.Nəsirli bildirib ki, dünyada ərzaq zəncirinin bərpa olunması istiqamətində müxtəlif addımlar atılır: “Addımların bir çoxu artıq uğurlu nəticə verib. Bu da öz növbəsində ərzağın qiymətinin aşağı düşməsinə, o cümlədən dünya bazarında buğdanın qiymətinin sabitləşməsinə gətirib çıxarıb. Hazırda ən bahalı ərzaq buğdası Fransa buğdası hesab olunur. Fransa buğdasının bir tonunun qiyməti 450 dollardır. Bizim əsas buğda idxalçımız isə Rusiyadır. Bu il də ən çox buğdanı məhz Rusiyadan idxal etmişik, düzdür, bu ötən illə müqayisədə nisbətən aşağıdır. Rusiyanın ərzaq buğdasının bir tonunun qiyməti 430-440 dollar aralığındadır. Bu fonda isə ölkə daxilində ərzaq buğdasının və ona uyğun olaraq un və un məhsullarının bahalaşması baş verməməlidir. Əksinə bütün dünyada olduğu kimi ərzaq məhsullarının qiymətlərində, o cümlədən də unun qiymətində ucuzlaşma hiss olunmalıdır. Amma təəssüf ki, Azərbaycanda ucuzlaşma hiss olunmur, əksinə hamı bahalaşma tendensiyasından danışır və bunu dünya bazarındakı qiymətlərə bağlayır. Əslində isə belə deyil. Hazırda Azərbaycanın daxilindəki ərzaq qiymətlərinə, o cümlədən taxılın, buğdanın, unun qiymətlərinə xarici təzyiqlər, demək olar ki, yoxdur, çünki dünyada ucuzlaşma gedir. Hamıya bəllidir ki, Azərbaycanda bütün sahələr inhisarda olduğu kimi, ərzaq buğdası və un idxalı da monopoliyadadır. Bu sahədə də rəqabət mühiti olmadığından ucuzlaşma müşahidə etmirik, əksinə bununla bağlı mediada manipulyasiya gedir. Mediada “fake” xəbərlər yayılır ki, unun və digər ərzaq məhsullarının qiymətlərinin bahalaşması üçün dünyada hələ də müəyyən zəmin, amillər və təzyiqlər var. Dünya bazarının Azərbaycanın daxilindəki qiymətlərin bahalaşmasına heç bir təzyiqi yoxdur. Bu gün bahalaşmanı yaradan yalnız inhisarçı qruplardır. Bu qruplar da informasiyanı mediaya ötürür. Bəzi iqtisadçı ekspertlər isə “əsaslandırmağa” çalışır və ölkə daxilində hamını ərzaq bahalaşması ilə təhdid edirlər. Doğrudur, dünyada ərzaq qıtlığı və bahalaşmanın olması gözlənilir. Amma bu, perspektiv üçün ola bilər. Məsələn, 2-3 aydan sonra ərzaq buğdasının və ya unun qiymətinin bahalaşması ehtimal edə bilərik. Bu da dünyanın taxıla olan tələbatı ilə istehsal edilən taxıl arasında mənfi saldo olduğu təqdirdə mümkündür. Taxıl ala biləcəyimiz əsas ölkələr Qazaxstan və Rusiyadır. Onların hər ikisində də yüksək məhsuldarlıq müşahidə edilir. Hesab edirəm ki, yaxın 2-3 ayda unun, o cümlədən də çörəyin qiymətinin artmasınnın heç bir əsası yoxdur”.
Qeyd: Sosial şəbəkələrdə unun bahalaşacağı, çörəyin qiymətinin isə 80 qəpiyə çatdırılacağı bildirilir.
Leyla Yusubova
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
Ən son xəbərləri səhifəmizdən də izləyin