BURADA REKLAMINIZ OLA
BİLƏR

Osman Gündüz: “İnternetin, sosial şəbəkənin açıq olması o demək deyil ki, kim nə istəsə, edə bilər

“Azərbaycanda internetdə kiminsə təhqir, şantaj olunması, şər-böhtana məruz qalması halları ilə bağlı oturuşmuş qanun var. Bir neçə il öncə bununla bağlı qanunvericiliyə dəyişikliklər də olub. Hesab edirəm ki, aidiyyatı qurumlar araşdırma aparıb, real vəziyyəti ortaya qoya bilərlər. Qanunvericilik də buna imkan verir”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkələrdə deputat Sevin Fətəliyevanın adından yanlış məlumatın paylaşılmasına münasibət bildirərkən qeyd edib.

 

“İnternet və sosial media açıq şəbəkə olduğuna görə zamanla qanuna zidd addımların atıldığını görürük. Belə ki, burada kimsə təhqir, şantaj olunur və ya böhtan atılır. Əlbəttə, bu hal yalnız Azərbaycanda deyil, dünyada mövcuddur. Bunun yolverilməz olduğunu düşünürəm. İnsanları internetdən sui-istifadə etməməyə çağırırıq. İnternetin, sosial şəbəkənin açıq olması o demək deyil ki, kim burada nə istəsə, onu da edə bilər. İnsanlar bilməlidirlər ki, sosial, eləcə də ənənəvi mediada qanunu pozduqları halda, müəyyən məsuliyyət daşıyırlar. Bunu nəzərə almaq lazımdır. Maarifləndirici işləri gücləndirməyin də lazım olduğunu düşünürəm. Özünütənzimləmə qurumlarının rolunu gücləndirmək, müəyyən etik kodekslərin hazırlamasını və bu kodekslərə əməl olunması ilə bağlı maarifləndirici işlərin aparılması da doğru olar” – O.Gündüz qeyd edib.

 

Leyla Yusubova

Tarix: 15 Avqust 2022, 18:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin