BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda küçədə qadına şillə vuraraq qaçan şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qadına qarşı xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən Əhməd Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.


Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Paytaxtın Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Ə.Hüseynov ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədib.


Belə ki, o, qadına küçədə şillə vuraraq qaçıb. Daha sonra Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.


O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.


İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov 

Tarix: 15 Avqust 2022, 19:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin