BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə qonşusunu qətlə yetirən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Anar Salmanovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Salmanova hökm oxunub və o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin oktyabrında paytaxtn Suraxanı rayonunda qeydə alınıb.

 

Belə ki, 1993-cü il təvəllüdlü Anar Salmanov yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1978-ci il təvəllüdlü Zakir Hüseynovu bıçaqla xəsarətlər yetirərək öldürüb.

 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Kamal Məmmədov

Tarix: 16 Avqust 2022, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin