BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmaləddin Heydərovdan xəbər var: Avqustun 19-da...

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.

 

Pravda.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən avqustun 19-da Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 11.00-dan Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulu keçiriləcəkr. Qəbula gələn vətəndaşların qeydiyyatı 18 avqust 2022-ci il tarixdə Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Tarix: 16 Avqust 2022, 12:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin