BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspertdən bağçalarla bağlı açıqlama: “Müəyyən neqativ hallar ola bilər”

“Məktəbəqədər təhsil müəssisələri ilə bağlı səlahiyyət 1 yanvar 2022-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin balansına qaytarıldı. Bu təhsil müəssisələrində uşaqların qəbulunun artıq elektron qaydada həyata keçirilməsi ilə bağlı qərar da qəbul edilib. Hazırda ölkədə 600 min nəfərə yaxın məktəbəqədər təhsil yaşına düşən uşaq var. Cəmi 1 950-yə qədər məktəbəqədər təhsil müəssisəsi var və burada təqribən 18 min nəfərlik yer var. Bu müəssisələrə qəbulla bağlı normadan 30-35 dəfə çox müraciət edən var. Ancaq təəssüf ki, onlarda kifayət qədər yer yoxdur”.

 

Bunu Pravda.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

 

E.Qafarov bildirib ki, bu müəssisələrə qəbul elektron qaydada keçirilsə belə, ölkədə yeni məktəbəqədər təhsil müəssilərinin sayının artırılması ilə bağlı müəyyən dövlət proqramları qəbul olunmalıdır: “İndiki vəziyyətdə yerin az, tələbin isə çox olduğunu nəzərə alsaq, əlbəttə, bununla bağlı müəyyən neqativ hallar da ola bilər”.

 

Leyla Yusubova

Tarix: 16 Avqust 2022, 15:53   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin