BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Baba Vəziroğlu: “Yazıq Hüseynbala Mirələmovu da məhv etdilər, o boyda kişinin karyerasını dağıtdılar”

“İşdə məhəbbət macərası deyim, yoxsa biabırçılıq, bilmirəm... Hər halda, heç bir müəssisə belə şeydən sığortalanmayıb. Fövqəladə Hallar Nazirliyinin çox sayda işçisi var. Dövlət Yol Polisi kimi radar qoyub hamını izləmək, cərimələmək olmaz ki... Belə fövqəl hadisələrdən Fövqəladə Hallar Nazirliyi özü də sığortalanmayıb. Həmin görüntülər illər öncə çəkilib. Görünür, kiməsə lazım olub, indi ictimailəşdirib. Əlbəttə, biabırçılıqdır, ciddi tədbir görülməlidir. İndi həmin əməkdaşlar FHN-də işləyir, ya yox, bunu müvafiq qurumlar aydınlaşdıracaqlar. Yəqin ki, cəzasız qalmazlar. FHN-ə elə bir insan rəhbərlik edir ki... Kəmaləddin Heydərov lap həqiqət olmasa belə, orada tüstü çıxırsa, mütləq o ocağı söndürməlidir”.

 

Bu sözləri Pravda.az-a əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu görüntüləri yayılan FHN əməkdaşları barədə danışarkən deyib.

 

B.Vəziroğlu bu məsələyə görə nazir Kəmaləddin Heydərovun istefasının tələb edilməsinə də münasibət bildirib: ““Xoruzun quyruğu” burada görünür. Adi bir məişət “xuliqanlığı” zəminində regional idarənin otağında baş verən bu hadisənin günahını böyük bir quruma rəhbərlik edən nazirdə görürlər. Bu, hansı ədəb-ərkan kriteriyasına, hansı məntiqə sığır? Cənab Prezident neçə icra başçısını işdə çıxarır, neçəsini də tutub “dam”a basır. Onların hamısını məgər cənab Prezident özü təyin etməmişdi? Təyin edib, görür ki, yarıtmaz işləyirlər, camaatın “boğazından kəsib” pul alırlar, yetimlərin ərzağına göz dikiblər, o da cəzalandırır, həbsə atır, günahı az olanda da işdən çıxarır. Sistem belə qurulub. Birinci şəxs hər şeyə cavabdeh ola bilmir axı... Görünür, Dövlət Yanğından Mühafizə Xidmətində nizam-intizamda müəyyən boşluq yaranıb. Cəzasızlıq mühitindən istifadə edib, arxayın şəkildə belə hərəkətlərə yol veriblər. Amma “yerin də qulağı var”. Gördüyünüz kimi, gec-tez üzə çıxdı. Bəlkə də, artıq o insanlar FHN-də işləmirlər”.

 

Baba Vəziroğlu məsələnin insanlıq baxımından ona təsir etdiyini bildirib: “Bu görüntüləri yayanlara ar olsun! Kimdənsə qisas almaq, lap elə nazirliyin rəhbər işçilərini şantaj etmək üçün belə bir şeydən istifadə edirlər. Axı videodakı Azərbaycan qadınıdır. Kiminsə anası, bacısı, həyat yoldaşı, hansısa uşağın anasıdır. Bunu hansı vicdansızlıqla ediblər, mən onu anlaya bilmirəm. Olub da... Camaat gündə restoranlarda, gecə barlarında min oyundan çıxır. O vaxt yazıq Hüseynbala Mirələmovu məhv etdilər. O boyda kişinin karyerasını yerə yıxıb, dağıtdılar. Kəramət Böyükçölün gözəl bir yazısını oxudum, deyir ki, Mirələmov saxta deputat oldu, dinmədilər, qaz zavodunu yedi-dağıtdı, dinmədilər, akademik, professor oldu, dinmədilər, axırda yazıq mehribançılıqla işçisini tumarladı, onun üstündə yerlə-yeksan etdilər. Nə bilim, vallah, söz tapmıram. Bir yazıçı, ziyalı kimi məsələnin insanlıq tərəfi məni daha çox ağrıdır. Azərbaycan qadını o vəziyyətdə, iri planda, bütün sifəti də görünür. Onu hamı tanıyır, qonşuları, qohumları var.  Ümumiyyətlə, məhəbbət qadağan olunmayıb. Orda bir zorakılıq da yoxdur ki, kimsə cinayət məsuliyyətinə cəlb edilsin. Mehribançılıq ediblər, cəhənnəmə etsinlər. Özləri bilərlər. Belə bir film var, “İşdə məhəbbət macərası”... O boyda kollektivin qabağında öpüşürlər, görüşürlər. Nə var ki burda? Elə bir kriminal hadisə yoxdur...”

 

Aytəkin Qardaşova

Tarix: 16 Avqust 2022, 17:31   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin