BURADA REKLAMINIZ OLA
BİLƏR

Zümrüd Yağmur məhkəməyə verildi

Yazar Zümrüd Yağmur (Abıyeva Zümrüd İsrafil qızı) məhkəməyə verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, onun barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

 

Zümrüd Yağmur Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

 

Xüsusi ittiham qaydasında şikayət Abşeron Rayon Məhkəməsinə daxil olub. İş hakim Vaqif Həsənovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Zümrüd Yağmurun ittiham olunduğu cinayət əməli sübuta yetirilərsə, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Kamal Məmmədov

Tarix: 16 Avqust 2022, 17:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin