BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan FHN əməkdaşlarının görüntüləri ilə bağlı açıqlama: “Böyük təşkilatlar belə halların baş verməsindən sığortalanmayıb”

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə bağlı yayılan görüntülər əxlaq və etikadan kənar hərəkətlərdir. Hər bir dövlət məmuru üçün etik davranış qaydaları mövcuddur və hamı da xidmət başında bu normalara riayət etməyə borcludur. Yayılan görüntüləri dövlət məmuruna yaraşmayan əxlaqsızlıq və tərbiyəsizlik hesab edirəm. Təbii ki, həmin əməkdaşlar barəsində müvafiq ölçü götürülüb və araşdırmalar aparılır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat təəssüflə qeyd edib ki, sosial şəbəkələrdə sözügedən məsələ ilə bağlı nazir Kəmaləddin Heydərovu günahlandırırlar: “Nazirin istefa verməli olduğunu bildirirlər. Hesab edirəm ki, bu, tamamilə yanlış yanaşmadır. FHN böyük qurumdur və bu qurumda xeyli idarə, yüzlərlə şöbə və minlərlə əməkdaş fəaliyyət göstərir. Heç bir nazir 24 saat bütün əməkdaşların başı üstündə dayanıb nəzarət həyata keçirə bilməz. Ona görə də böyük təşkilatlar belə halların baş verməsindən sığortalanmayıb. Əsas məsələ odur ki, əxlaqsızlıq və tərbiyəsizliklə məşğul olan əməkdaşlar müəyyən olunan kimi cəzalandırılır və tutduğu vəzifəsindən xaric edilir”.

 

Aytəkin Qardaşova

Tarix: 17 Avqust 2022, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin