BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir

Böyük qayıdışın ilkin mərhələsinin başlandığı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir.

 

Pravda.az-ın xəbərinə görə, bunu Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

 

Vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər.

 

Müraciət etmək üçün namizədlərdən linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq tələb olunur.

 

Son müraciət tarixi 19 avqust saat 18:00-dur.

Tarix: 17 Avqust 2022, 14:46   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin