BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Toydan qayıdan həmyerlisini siqaret üstündə öldürən şəxs məhkəmə qarşısında

Salyanda qətl törətməkdə təqsirləndirilən İnsanağa Əsgərovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Aqil Musayevin icraatına verilib.


Məhkəmənin hazırlıq iclası avqustun 23-nə təyin edilib.


Qeyd: Hadisə bu ilin may ayının 23-də axşam saatlarında Salyan şəhəri Təbriz Xəlilbəyli küçəsində Heydər Əliyev parkının qarşısında qeydə alınıb.


Belə ki, şəhər sakini, 1991-ci il təvəllüdlü İnsanağa Əfsərağa oğlu Əsgərov həmyerlisi, 1970-ci il təvəllüdlü Əhmədov Natiq Adil oğluna bıçaqla ürək nahiyəsindən vuraraq qətlə yetirib.


Şahidlərin sözlərinə görə, hadisədən qabaq qohum toyundan qayıdan Natiq Əhmədov bacısı oğlunu yola salarkən sözügedən ünvanda şəhər sakini İnsanağa Əsgərov qəflətən qarşısına çıxaraq ondan siqaret istəyib. Elə olay da bundan sonra baş verib.
Natiq Əhmədov ürək nahiyəsindən aldığı bıçaq yarasından hadisə yerində keçinib.


Mərhumun özündən sonra üç qız, bir oğul övladı qalıb. Hadisədən əvvəl isə qızlarından birinin toyu olacaqdı.


Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


İnsanağa Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 17 Avqust 2022, 16:35   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin