BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başcısının birinci müavini qəzaya düşdü, həyat yoldaşı və sürücüsü öldü

Tovuz rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Zeynalov Rəşad Nürəddin oğlu ailəsi ilə birlikdə yol qəzasına düşüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Qaradağ rayonunda baş verib.

 

İcra başçısının müavini və ailə üzvüləri 60 AA 002 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomaşınla qəzaya düşüb.

 

İlkin məlumata görə, qəza zamanı Rəşad Zeynalovun həyat yoldaşı və sürücüsü hadisə yerində dünyasını dəyişib.

 

Rəşad Zeynalov və oğlu isə yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb.

 

Hələlik qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.Baku.ws

Tarix: 25 Noyabr 2019, 10:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin