BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəkil Ramiz Zeynalov vəfat etdi

Ölkənin tanınmış vəkillərindən sayılan Ramiz Zeynalov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə vəkil Namizəd Səfərov məlumat yayıb.

 

O bildirib ki, Ramiz Zeynalov həm də "Terrazini" ləqəbi ilə də tanınıb: “Bu ləqəblə tanınmasından xoşlanırdı. Ziddiyyətli insan idi. Bir neçə dəfə məhkum da olunmuşdu. Vəkillər Kollegiyasından kənarlaşdırılmışdı. Ağır xəstəliyə yoluxmasının səbəblərindən biri də bu ola bilərdi. Məhkəmələrin icraatında çoxlu şəxsi məhkəmə çəkişmələri də var idi. Xəstəlikdən doğan gücsüzlüyü ilə barışa bilmirdi. Ölümü onun barəsində qanunsuz qərarlar çıxaran hakimləri onun caynağından xilas etdi. Özünəməxsus, son dərəcə fəal, dalaşqan bir insan idi. Dünyanı vecinə almırdı. Pedantik şəxsiyyətli biri deyildi. Bəzən məhkəməyə ayaqyalın, rezin çətərə sürütləmə ayaqqabılarda gəlirdi. Hakimlərə hörmət bəsləmədiyini açıq şəkildə biruzə verirdi. Hakimiyyət orqanları ilə də bağlılığı var idi. Hakimlər həmişə ondan qorxub, çəkinir, ehtiyatlı dolanmağa çalışırdılar. Belə ki, dəfələrlə onun hücumuna məruz qalmışdılar. Pis adam deyildi. O qədər dərin hüquqi biliyə malik olmasada, ötkəmliyi və döyüşkənliyi ilə tanınırdı. Başa çatdıra bilmədiyi çoxlu işi, arzusu bitməmiş qaldı. Allah rəhmət eləsin. Yaxınlarına və dostlarına baş sağlığı verirəm”.

Tarix: 17 Avqust 2022, 18:11   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin