Ötən gün sosial şəbəkələrdə iki sevgilinin Bakının mərkəzində öpüşdüyünü əks etdirən foto yayılıb. Cütlüyün bu davranışı yenə də müzakirə mövzusuna çevrildi.
Ümumiyyətlə, son illərdə ictimai yerlərdə, məkanlarda öpüşməklə bağlı çoxsaylı müzakirələr olur. Sosial şəbəkələrdə, mətbuatdakı rəyləri nəzərə alsaq, deyə bilərik ki, əksəriyyət bu cür davranışları qıcıqla qarşılayır, tənqid edir, Azərbaycan mentalitetinə uyğun olmadığını bildirir. Bəziləri isə bu cür davranışın heç də məsuliyyət yaratmadığını, müasirlik, azadlıq kimi qəbul etdiyini qeyd edirlər.
Bir sıra müsəlman ölkələrində, o cümlədən Hindistanda ictimai yerlərdə hisslərin nümayiş etdirilməsini qadağan edən qanunlar var. Bəzi ölkələrdə öpüşmək hətta mühakimə olunmaqla nəticələnə bilər. Təkcə müsəlman deyil, bir sıra xristian ölkələrində də bəzən bu məsələ birmənalı qarşılanmır.
Xatırladaq ki, 2003-cü ildə Moskva meri ictimai yerlərdə öpüşənlərin cərimə olunacağı və ya qısa müddətə həbs olunacağı barədə qərar qəbul edəcəyini açıqlamışdı. Lakin merin bu açıqlamasına əhəmiyyət verən olmadı və cütlüklər öz hisslərini bildirməkdən çəkinmədilər.
Avstriya paytaxtı Vyananın rəhbərliyi isə hesab edir ki, ictimai nəqliyyatda öpüşənlər başqalarına qarşı bir qədər sayğılı olmalıdırlar. Asiyada ictimai yerlərdə öpüşmək tabu sayılsa da, tibetlilər arasında bu qədim ənənədir. Sinçan vilayətinin Aba rayonunda öpüşmək üzrə hətta mərasimlər də təşkil olunur.
Bəs yerli ekspertlərin bu məsələdə mövqeyi necədir?
Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Bəli, bəziləri bu məsələni müasirlik hesab edir. Bildirirlər ki, Avropada heç kəs buna pis baxmır və sairə. Lakin bunun deyən şəxslər bir qədər dərindən düşünmür ki, Avropada edilən hər bir hərəkət o demək deyil ki, yaxşıdır. Avropa ideal cəmiyyət deyil. Hazırda Avropanın özü çox ağır vəziyyətdədir. Bir sıra avropalı sosioloqlarla mütəmadi görüşlərimiz, söhbətlərimiz olur. Onlar da razılaşırlar ki, Qərbdə mövcud olan davranışları ideallaşdırmağın özü avamlıq əlamətidir. Çünki Avropa artıq başa düşməkdədir ki, müəyyən zamanda mənəvi dəyərlərə o qədər də diqqət etmədiyindən hazırda bir sıra problemlərlə üz-üzə qalıb.
Bir faktı qeyd etmək istəyirəm, 2008-ci ildə Mövlanənin kitabı Amerikada ən çox satılan kitab olmuşdu. Avropanın özü indi Şərqi, onun mənəvi məsələlərini, mədəniyyətini daha çox öyrənməyə başlayıb. Bu istiqamətdə artıq işlər görülür. Əgər Avropada küçədə öpüşürlərsə, bu, o demək deyil ki, çox yaxşı davranışdır. Halbuki düşünmək lazımdır ki, bu hərəkət cəmiyyətə bir ahəngdarlıq, yoxsa gərginlik gətirir? Bu məsələdə meyar ondan ibarət deyil ki, “mən azadam və küçədə öpüşə bilərəm”. Meyar odur ki, bu davranış sənin həyatına, ətrafına, cəmiyyətə necə təsir göstərir. Ona görə də bu davranışa “müasirlikdir” demək yanlışlıqdır. Bunun adı mədəniyyətsizlikdir. Mədəniyyətə belə tərif vermək olar - o adam mədənidir ki, qarşısına qoyduğu məqsədə doğru göstərdiyi fəaliyyətdə ahəngdarlıq yaradır. Beləliklə, ətrafımızda, kollektivimizdə ahəngdarlıq yaradan insanlara daha mədəni şəxs kimi yanaşırıq".
Hüquqşünas Əlövsət Allahverdiyev mövzuya bu cür açıqlama verdi: “Ümumiyyətlə, ictimai yerdə gənclərin öpüşməsini qadağan edən hər hansı norma yoxdur. Bu, insanların şüurunda formalaşan əxlaq normaları, adət-ənənələrlə bağlı məsələdir. Adətən bu davranışa yol verən gənclər, sadəcə, ictimai qınaqla üzləşir. Hər halda, bu, tam doğrudur. İnsan öz hisslərinə hakim olmağı bacarmalıdır. Bizim dəyərlərdə isə bu doğru hesab olunmur. Bunun üçün də bu cür davranışları gözləməliyik. Bütün hallarda gənclər dəyərlərimizə əməl etməlidir. Bəzən olur ki, həmin gəncləri tərbiyəsiz deyib təhqir edirlər. Bu da yolverilməzdir. Sadəcə, bunun həmin gənclərin yaş dövrü ilə bağlı olduğunu nəzərə almaq lazımdır”.
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
Ən son xəbərləri səhifəmizdən də izləyin