BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Şuşada toy keçirməyin əleyhinə olanlar barədə: “O torpaqlarda elə ömür boyu matəm olmalıdır?”

“Biz torpaqlarımızı işğaldan azad etmişik. Təkcə Şuşa yox, azad etdiyimiz bütün torpaqlar igid Azərbaycan övladlarının qəhrəmanlığı, şəhidlərimizin tökülən qanı hesabına azad olub. Ancaq bu, o demək deyil ki, həmin torpaqlarda elə ömür boyu matəm olmalıdır. Bu, səhv fikirdir. Axı biz torpaqlarımızı düşməndən təmizləmişik. İndi o torpaqlara nə yaraşır? Quruculuq, inkişaf, bərpa, həyatın canlanması...”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Elman Məmmədov Şuşada toy edilməsinin əleyhinə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

 

“Həyat olan yerdə, təbii ki, toy da, şənlik də olacaq, başqa mərasimlər də. İnsan yaşayan həyatdır və heç kimə qadağan etmək olmaz ki, bunu etmə, onu etmə. İnsan harada yaşayırsa, orada cəmiyyətə, insanlara xas nə varsa, bütün tədbirlər keçirilməlidir. 30 ildən sonra Şuşamız azaddır. Şuşada müharibədən sonrakı dövrdə respublika əhəmiyyətli, beynəlxalq səviyyəli xeyli tədbirlər keçirilib. Festivallar, musiqi tədbirləri və s. Bunlar şənlik deyil? Bu məsələdə hansısa bir məhdudiyyətə yol vermək düzgün olmaz”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 18 Avqust 2022, 16:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin