BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Rusiyanın partlayışda ittiham olunması Moskvanın İrəvana olan münasibətini mütləq şəkildə mənfiyə doğru dəyişdirəcək”

“Avqustun 14-də İrəvanda baş vermiş partlayışdan sonra Ermənistan mətbuatında Rusiyanın ünvanına açıq-aşkar ittihamlar səsləndirilməsi onu deməyə əsas verir ki, Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsində maraqlı olan kifayət qədər təsirli qüvvələr mövcuddur. Bu, bir dövlət olaraq Ermənistanın əsil mahiyyətini ortaya qoymuş oldu. Partlayışa görə Rusiyanın ittiham olunması dərhal Moskvanın hakim dairələrinin reaksiyasına səbəb oldu. Hesab edirəm, bu hadisə Rusiya-Ermənistan münasibətlərinə təsirsiz ötüşməyəcək. Əsassız olaraq Rusiyanın partlayışda ittiham olunması Moskvanın İrəvana olan münasibətinin mənfiyə doğru dəyişməsini mütləq şəkildə şərtləndirəcək. Bu, Rusiyanın Ermənistandakı səfirliyinin Ermənistan Xarici İşlər Nazirliyinə ünvalamış olduğu sərt notada da öz ifadəsini aydın tapır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

 

Deputat bildirib ki, Rusiya səfirliyinin ünvanladığı notada Ermənistan hakimiyyətinin məsələyə aydınlıq gətirməsi qətiyyətlə tələb olunur: “Ermənistanın naşükürlüyünü göstərən məqamlardan biri də ondan ibarətdir ki, partlayışın nəticələrinin aradan qaldırılmasında Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzi çərçivəsində Rusiyanın yaxından dəstəyi oldu. Ermənistan Rusiyaya minnətdarlıq ifadə etmək əvəzinə, əksinə, partlayışda Rusiyanın ünvanına əsassız ittihamlar irəli sürdü. Bu, növbəti dəfə göstərir ki, Ermənistanın hazırkı hakimiyyəti heç bir halda Rusiya ilə səmimi münasibətlər qurmaq fikrində deyil. Qarşılarına qoyulmuş təlimatlara uyğun olaraq Rusiya və Ermənistan münasibətlərinin qırılma nöqtəsinə qədər pisləşməsində maraqlıdırlar. Rusiya səfirliyinin ünvanladığı notada da bu məqam ayrılıqda aydın ifadə olunub”.

 

Elşad Mirbəşiroğlu əlavə edib ki, son illər Ermənistanda Rusiyanın ünvanına ən müxtəlif xarakterli ittihamlar səsləndirilir: “2018-ci ildə Paşinyan dövlət çevrilişi nəticəsində hakimiyyətə gəldikdən sonra qarşısına qoyulmuş əsas məqsədin Ermənsitanı Rusiyadan uzaqlaşdırmaq olduğunu heç gizlətmirdi. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Yuri Xaçaturovun həbs olunması, eyni zamanda Paşinyanın “Ermənistanın Avrasiya İqtisadi İttifaqında bir işi yoxdur” mövqeyini sərgiləməsi ondan xəbər verirdi ki, Paşinyanın hakimiyyətə gəlməsində birbaşa rol oyanayan qüvvələr onu Ermənistanı Rusiyanın təsir orbitindən uzaqlaşdırmaq istiqamətində təlimatlandırıblar”.

 

Aytəkin Qardaşova

Tarix: 18 Avqust 2022, 17:15   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin