BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan Azərbaycanla sərhəddə keçid məntəqələri yaradacaq

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələrinin yaradılması haqqında qərar imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilən sənəddə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının əsl - azərbaycanlı - toponimləri yer alıb.

 

Beləliklə, yoxlama məntəqələri aşağıdakı ərazilərdə quraşdırılacaq:

 

- "Sotk" ("Kəlbəcər"), Geqarkunik rayonu (Kəlbəcər rayonu)

 

- "Yerasx" ("Sədərək"), Ararat rayonu (Sədərək rayonu)

 

- “Karaunc” (“Eyvazlı”), Sünik rayonu (Qubadlı rayonu).

 

Qeyd olunur ki, sərəncam rəsmi dərc edildiyi gündən sonrakı gün qüvvəyə minir.

 

Trend

Tarix: 18 Avqust 2022, 17:57   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin