BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Niyə hər kəs bunu paylaşmağa ehtiyacı duydu?" - Xalq artisti

“Yayılan görüntülər çox biabırçı idilər. Bunu yayan adamlar nə fikirləşirdilər? Dünən mən artıq Türkiyənin televiziya kanallarında da bu haqda məlumat verildiyini gördüm. Millətini sevən insanlar bunu yaymazlar. Sosial şəbəkələrə dünya baxır. Əldə etdiyimiz qələbədən sonra biz dünyada zəfər çalmış bir xalq kimi tanınırıq. İndi belə görüntülərlə düşmənimizin, bizi sevməyənlərin əlinə fürsət veririk. Bunu paylaşan hər kəs başa düşməlidir ki, bunu etməməliydik”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın xalq artisti Naibə Allahverdiyeva görüntüləri yayılan FHN polkovniki Zaur Mirzəyevlə bağlı danışarkən deyib.

Xalq artisti 4 il əvvəl evləndiyi şəxslə fotosunu paylaşdı Pravda.az

“Bu görüntüləri görən adamların hamısı paylaşaraq, öz aralarında ələ salmağa başlayıblar. Təəssüf ki, bu millətimizin adına ləkə gətirdi və şəxsən mənə çox pis təsir etdi. Bir dəfə paylaşıldı dövlət orqanları da, hamı da bunu bildi. Bəsidirin! Niyə hər kəs bunu paylaşmağa ehtiyacı duydu? Buna görə artıq əsəblərimi cilovlaya bilmədim. Ayıb deyilmi? Bunu paylaşmaqla biz özümüz-özümüzü biabır edirik” - N.Allahverdiyeva əlavə edib.

 

Leyla Yusubova

Tarix: 18 Avqust 2022, 18:21   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin