BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan "Meqa-Siti Holdinq” MMC-in təsisçisi Fariz Nuriyevin cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Mahmudovun icraatında araşdırılan prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Fariz Nuriyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd: Fariz Nuriyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham irəli sürülüb.

 

İttihama görə, o, şirkətin inşa edilən yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıb.

 

İş üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınır.

 

Fariz Nuriyevin barəsində həbs qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov

Tarix: 19 Avqust 2022, 10:31   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin