BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın hava proqnozu açıqlandı

Avqustun 20-ə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz, cənub-şərq küləyi əsəcək.

 

Abşeron yarımadasında havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 35-40 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-29° isti olacaq.

Tarix: 19 Avqust 2022, 12:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin