BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qadın kimi heç vaxt xoşbəxt olmayıb"

"Zöhrə Abdullayeva bir xanım kimi xoşbəxt olmadı. Çünki erkən ailə qurmuşdu".


Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova mərhum Zöhrə Abdullayeva haqda deyib. Müğənni bildirib ki, Z.Abdullayeva heç vaxt qadın kimi xöşbəxt olmayıb:


"Sonra oğlu dünyaya gəldi, o da tez dünyadan köçdü. Çox niskilli idi. Qadın kimi xoşbəxt olmadı. Övladı böyüdü, ali məktəbi uğurlu qiymətlərlə bitirdi. Zöhrə sanki deyirdi ki, İsrafil gedəndə mənim qürurumu, şuxluğumu, səsimi apardı. Hər şeyi oğlu ilə getdi. İradəsinə güc gələ bilmirdi". 


Qeyd edək ki, müğənni oğlunu itirəndən sonra uzun müddət ağır xəstəlikdən əziyyət çəkib. O, ötən il mayın 5-də yerləşdirildiyi xəstəxanada vəfat edib.

Axşam.az

Tarix: 19 Avqust 2022, 14:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin