BURADA REKLAMINIZ OLA
BİLƏR

Manatı nə gözləyir? - AÇIQLAMA

“Hazırda Türkiyə lirəsinin dollara nisbətdə ucuzlaşması prosesi davam edir. Dolların digər valyutalara, əsasən avro və funt sterlinqə qarşı ucuzlaşır. Azərbaycan manatına gəlincə, hazırda məzənnənin dəyişməsi ilə bağlı hər hansı narahatlıq yoxdur. Çünki institusional alətlərin hamısı manatın xeyrinədir. İlk növbədə idxal və ixrac əməliyyatları arasındakı nisbət, bundan əlavə makroiqtisadi göstəricilərimiz, valyuta ehtiyatlarımız, büdcə xərclərində hər hansı kəsrin yaranmaması, eləcə də xərclərdə neft gəlirlərinin, neft qiymətinin dezifikasiya olunmuş səviyyədə götürülməsi manatın dayanıqlı olmasına işarə verir.”

 

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib.

Prezident İlham Əliyev ərzaq böhranı ilə bağlı anons etdi - Çıxış yolu  nədir? Pravda.az

F.İbrahimovun sözlərinə görə, Azərbaycan manatı uzun müddətdir ki, üzən məzənnə siyasətindən kənardadır: “Daha dəqiq desək, manat üzən məzənnə siyasətindən qismən kənardadır. Yəni burada söhbət ABŞ dollarına nisbətdən gedir. Artıq müəyyən dövrdür ki, dollara qarşı yuvarlaq olaraq 1 manat 70 qəpik dəyərində məzənnə formalaşıb. Keçən dövr ərzində isə dolların digər valyutalara qarşı bahalaşması, yaxud da ucuzlaşması dönəmində manatın məzənnəsində heç bir dəyişiklik olmayıb. Lakin digər valyutalara qarşı, məsələn, funt sterlinqə yaxud avroya qarşı nisbətdə manat məzənnəsi üzəndir. Yəni onların ucuzlaşması, yaxud da bahalaşması birbaşa manatın məzənnəsinə də təsir edir. Hazırda manat üçün heç bir təhlükə yoxdur. Manatın gücləndirilməsinə gəlincə, düşünmürəm ki, Mərkəzi Bank buna əl atsın, çünki indi manat dayanıqlı, optimal bir vəziyyətdədir. İqtisadiyyat da artıq buna uyğunlaşıb. Yəni manatın bahalaşması nəzərdə tutulmur. Sözün açığı, bu həm də risklidir. Belə ki, üzən məzənnədən kənar olduğumuz dövrdə manatı birdən-birə bahalaşdırmaq riskli haldır”.

 

Leyla Yusubova

Tarix: 19 Avqust 2022, 16:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin