BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qətl törədən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Taryel Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Bu il dekabrın 10-da Suraxanı rayonu Binə qəsəbəsi sakini Allahverdi Mirzəyevin yaşadığı evin həyətində odlu silahla qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılan araşdırmalarla zərərçəkmişin qayını Taryel Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə Allahverdi Mirzəyevin üz nahiyəsinə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Taryel Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Kamal Məmmədov 

Tarix: 19 Avqust 2022, 18:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin