BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bələdiyyə cərimələndi

Binəqədi rayonunun Biləcəri bələdiyyəsinə cərimə protokolu yazılıb.


Pravda.az-ın etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.


Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.


İddia hakim Aynurə Sadıqovanın sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin hazırlıq iclası avqustun 29-na təyin edilib.

 

Kamal Məmmədov 

Tarix: 19 Avqust 2022, 22:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin