BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə Nazirliyi icra başçısının müavinin düşdüyü qəza ilə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalovun Bakı – Ələt Magistralında düşdüyü qəza ilə bağlı məlumat yayıb.

 

Nazirlikdən Pravda.az-a verilən xəbərə görə, hadisə ilə bağlı məlumat təcili yardıma saat 1:57-də daxil olub. Həkim briqadasının verdiyi məlumata görə, iki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İki kişi isə ağır vəziyyətdə KTM-ə çatdırılıb.

 

Qeyd: ölənlər R.Zeynalovun həyat yoldaşı və sürücüsüdür. Xəstəxanaya yerləşdirilənlər isə özü və oğludur.

 

Tarix: 25 Noyabr 2019, 11:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin