BURADA REKLAMINIZ OLA
BİLƏR

“Təbii sərvətlərimiz haqqında yalanlarımızla özümüzü neçə illərdi ki, aldadırıq”

“Təbii sərvətlərimiz haqqında yalanlarımızla özümüzü neçə illərdir ki, aldadırıq. Əsl təbii sərvət oksigen və sudur ki, bunlar da bizdə yoxdur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.

 

“Ölkənin 11.8%-i meşə örtüyüdür (1022 min ha). Adam başına 0,12 ha meşə düşür ki, bu da dünyada orta göstəricidən 4 dəfə (0,48 ha) azdır. Suyumuz da azdır. Cənubi Qafqazda hər 100 m3 suyun cəmi 10 m3 bizimdir. (Erm. 28m3, Gürc.62m3). Yəni təbii sərvətlərimiz bəhbəhlə deyildiyi kimi deyil, çox kasaddır. (neft-qaz istisna). Oksigen gündəlik təlabat malları arasında ən çox istifadə edilən ən vacib məhsuldur.  Bu məhsul meşə adlı zavodda, bitki adlı dəzgahda istehsal olunur və insanlara pulsuz olaraq verilir. İnsanlar isə bu zavodlara, bu dəzgahlara vəhşi münasibət bəsləyərək, əslində heyvaların daha çox şəhər və kəndlərdə yaşadığını təsdiqləyir. Bu gün yanğına görə üzülənlər bunun zərrəsi qədər də olsa başqa yolla - ağac əkməklə ortaya real nəticə qoya bilər. Təəssüflənmək effekt vermir. Hazırda Azərbaycanda 5 milyon 300 mindən çox iqtisadi əhali var. 7 milyon insan isə ağac əkmə qabiliyyətinə malikdir.  Hər kəs ildə cəmi 2 ağac əkərsə, bir ildə 14 milyon, 10 il sonra 140 milyon ağac deməkdir. Yəqin, dostlardan eləsi olacaq ki,  "Bəs sən özün ağac əkirsən?" deyə öz ürəyində sual verəcək... İndiyə qədər 100-ə yaxın ağac əkmişəm. 40-dan çox öz bağımda, 20-dən çox müxtəlif ağac əkmə aksiyalarında, 5, ya da 6 ağac hərbi xidmət zamanı, 15 ağac isə yaşadığım kücədə. Hər il yanvarın 1-i isə azı 2 ağac əkməyi artıq şəxsi ənənəmə çevirmişəm. Çünki, həqiqətən ağacları inanılmaz çox sevirəm. Sevməyənləri də sevgiyə dəvət edirəm, kəsməyə, yandırmağa yox” – E.Əmirov qeyd edib.

Tarix: 20 Avqust 2022, 12:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin