BURADA REKLAMINIZ OLA
BİLƏR

Rezidentura və dövlət qulluğuna növbəti imtahanlar keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirib.


DİM-dən Pravda.az-a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.


Avqustun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.


İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.

Tarix: 21 Avqust 2022, 14:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin