BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafael Dadaşov dəfn olundu - FOTO

Xalq artisti Rafael Dadaşov dəfn olunub.

 

Pravda.az-ın məlumatına görə, R. Dadaşov II Fəxri xiyabanda torpağa tapşırılıb.

 

***

 

14:56

 

Xalq artisti Rafael Dadaşovla vida mərasimi keçirilir.

 

Pravda.az-ın xəbərinə görə, vida mərasimi Xalq artistinin yaşadığı evdə təşkil olunub.

 

R. Dadaşov II Fəxri xiyabanda dəfn ediləcək.

 

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov martın 16-da vəfat edib. O, bir müddət əvvəl ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.APA

Tarix: 17 Mart 2020, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin