BURADA REKLAMINIZ OLA
BİLƏR

"Duqinin qızının maşınını partladanların ümidi buna idi ki, partlayışdan sonra şübhələr Ukrayna üzərində cəmləşəcək"

“Rusiyanın rəsmi strukturları Aleksandr Duqinin qızının avtomobilinin partladılmasını terror hadisəsi kimi qiymətləndirsələr də, hələ ki, Ukraynanın adını çəkmirlər. Buna baxmayaraq, ayrı-ayrı rusiyalı siyasətçilər, ekspertlər və jurnalistlər partlayışda “Ukrayna izi” axtarmağa başlayıblar. Bir neçə ay əvvəl də belə xəbər yaymışdılar ki, Ukrayna kəşfiyyatı guya rusiyalı jurnalist və aparıcı Vladimir Solovyova qarşı da sui-qəsd planı hazırlayıb, Rusiyanın güc strukturları son anda bunun qarşısını alıblar. Əlbəttə, ukraynalıların bəlli səbəblərdən şovinist Solovyovdan zəhlələri gedir, ancaq jurnalisti öldürmək təşəbbüsü ağır ittihamdır…”

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, ukraynalıların bəlli səbəblərdən Duqindən də xoşları gəlmir: “Ona görə bu qətl belə qələmə veriləcək ki, Ukrayna kəşfiyyatı Rusiyada müharibə və işğal tərəfdarı olan şovinistlərə göz dağı vermək istəyir. Belə baxanda Rusiyanın da Ukraynada, o cümlədən Kiyev və Xarkovdakı killer qruplarının müharibədən əvvəl və müharibə gedişatında törətdikləri qətllər az deyil, Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşlarının maşınları partladılırdı. Müharibə daha aqressiv forma almağa başlayıb”.

 

Politoloqun sözlərinə görə, Rusiyada bir qrup Aleksandr Duqinə qarşı terror aksiyasında “Ukrayna izi” axtarsa da, gərək onu da nəzərdən qaçırmasınlar ki, partlayışın arxasında Rusiyada Türkiyə əleydarlarının və PKK ilə bağlı güclərin olması da istisna deyil: “Avrasiyaçı Duqin Rusiya ilə Türkiyə arasında ittifaq tərəfdarı kimi çıxış edir və onun bu baxışları PKK-ya bağlı güclərin xoşuna gəlmirdi. İstisna deyil ki, Duqinin qızının maşınını partladanların ümidi buna idi ki, partlayışdan sonra şübhələr Ukrayna üzərində cəmləşəcək”.

Tarix: 21 Avqust 2022, 20:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin