BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda şəhid anası vəfat etdi

Birinci Qarabağ müharibəsində şəhid olmuş Faiq Rüstəmovun anası Zenfira Rüstəmova vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, o, uzun sürən xətəlikdən sonra Bakıda müalicə aldığı xəstəxanaların birində 76 yaşında dünyasını dəyişib.

 

Zenfira Rüstəmova Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.

 

Qeyd: Rüstəmov Faiq Əli oğlu 3 iyun 1966-cı ildə Bakı şəhəri, Rəsulzadə qəsəbəsində dünyaya gəlib. O, 1991-ci ilin dekabrında universitetin 4-cü kursunda olanda ordu sıralarına könüllü yazılıb. Füzuli, Laçın, Qubadlı və Şuşa döyüşlərində iştirak edib. Bir sıra döyüşlərdə Milli Qəhrəman Çingiz Mustafayevlə birlikdə olub. Xocalı faciəsini öz gözləri ilə görüb və meyitlərin yığılmasında iştirak edib. Faiq Rüstəmov 15 may 1992-ci ildə Laçının Turşsu yaxınlığında döyüşlərin birində qolundan və qarın nahiyyəsindən yaralanıb. İki gün sonra hərbi hospitalda cərrahiyyə əməliyyatı zamanı şəhidlik zirvəsinə yüksəlib. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra anadan olduğu evin yerləşdiyi küçəyə Faiq Rüstəmovun adı verilib.

 

Allah rəhmət eləsin!

 

Tarix: 21 Avqust 2022, 22:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin