BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bolt”: Məqsədimiz sürücülərin ən yüksək qazanc əldə edə bilmələrini təmin etməkdir

“Bolt”, “Bolt” platformasında qeydiyyatdan keçərək sərnişin daşımaları həyata keçirən həm şəxsi sürücülər, həm də avtomobil icarəsi xidmətləri ilə məşğul olanlarla əməkdaşlıq edən avtomobil-gəzinti platformasıdır. Sürücülər “Bolt” tərəfindən işə götürülmür. Onlar, sadəcə, xidmətlərini göstərmək üçün platformadan istifadə edən müstəqil tərəfdaşlardır. “Bolt”, xoşbəxt sürücülərin sərnişinlər üçün daha keyfiyyətli xidmət təqdim etdiyinə inanır. Bizim əsas məqsədimiz sürücülərin bazarda saatlıq olaraq ən yüksək qazanc əldə edə bilmələrini təmin etməkdir.

 

Bu barədə Pravda.az-a “Bolt”un Azərbaycan nümayəndəliyindən bildirilib.

 

 “Biz həm əmək, həm də nəqliyyat qanunlarına riayət edərək tərəfdaş olduğumuz sürücülərə hörmətlə yanaşmağa və fəaliyyət göstərdiyimiz istənilən ölkə qaydalarına əməl etməyə sadiqik. Həmçinin tərəfdaşımız olan sürücülərin iş prosesindəki təcrübələri haqqında bizə birbaşa rəy bildirmələrini təşviq edirik. Bu, onlar üçün ən yaxşı xidməti və dəstəyi təmin etmək üçündür. Əldə edilimiş bu rəylərə əsasən, müvafiq şəkildə hərəkət edirik (etibarlı avtomobil parkları ilə əməkdaşlıq, nəzarət şərtləri, ödənişlər və s.). Biz həm sürücülərə, həm də sərnişinlərə daha yaxşı şərait yaratmaq üçün xidmətimizi günü-gündən təkmilləşdiririk” – məlumatda qeyd olunub.

 

Leyla Yusubova

Tarix: 22 Avqust 2022, 12:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin