BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi arvadını başqası ilə bir yerdə tutdu, çoxsaylı bıçaq zərbəsi endirdi

Daşkəsən rayonunda bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

 

Pravda.az xəbər verir ki, rayon sakini Məmmədov Cabir Turqay (ad şərtidir) oğlu həyat yoldaşı ilə həmyerlisi Manafzadə Osman Cəlil oğlunun yaxın münasibətlərdə olduğunu eşidib. O, bir müddət arvadı ilə Osmanı izləyib.

 

Avqustun 21-də rayonun Zəylik kəndi ərazisində Cabirin arvadı ilə Osman yenidən görüşüb. Bu zaman Cabir Məmmədov onları birlikdə yaxalayıb. Daha sonra o, Osman Manafzadəyə çoxsaylı bıçaq zərbəsi endirib, qadın isə hadisə yerindən qaçıb.

 

Yaralı xəstəxanaya aparılıb və onun həyatını xilas etmək mümkün olub.

 

Cabir Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 22 Avqust 2022, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin