BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycanda taksi şirkətləri vergidən yayınırlar”

“Ölkədə fəaliyyət göstərən taksi şirkətlərinin xidmətləri ilə bağlı kifayət qədər həm mənfi, həm də müsbət fikirlər eşitmişəm. Burada mənfi olan ilk nüans insanların istismar olunması ilə bağlıdır. Qanunla 8 saatlıq, yaxud da dəyişilən qrafiklə 8-12 saat aralığında olan işlər var. Buna nazirlik nəzarət edir. Vergilərlə bağlı da bəzi problemlər var. Bu kimi hallara da İqtisadiyyat Nazirliyi fikir verməlidir. Bildiyim qədərilə, bu şirkətlər müəyyən qədər vergilərdən yayınır və gizlənirlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

 

Deputat qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin texniki baxımdan saz vəziyyətdə olması önəmli məsələlərdən biridir: “Bakı şəhərində bu avtomobillərin texniki tərəfinə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan avtonəqliyyat şöbəsi, keçmiş Bakı Nəqliyyat Agentliyi nəzarət edə bilər. Texniki baxımdan nəzarət məmurun sahibkarın işinə müdaxilə etməyinə icazə verməməlidir. Qəti olaraq bunun əleyhinəyəm. Amma müəyyən nəzarət olunmalıdır. Dövlət tərəfindən bunu daha şəffaf formada qeydiyyata alıb, həm buna şərait yaratmaq, həm də köməklik etmək olar. Təbii ki, bu sahədə də dövlətin milli maraqları hər şeydən üstündür”.

 

Qeyd: Son günlər “Uber” və “Bolt” taksi xidmətləri ilə bağlı şikayətlər artıb.

 

Leyla Yusubova

Tarix: 22 Avqust 2022, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin