BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmalə Əlisgəndər qızı İTV-dəki işindən ayrıldı

Tanınmış aparıcı, jurnalist Kəmalə Əlisgəndər qızı İTV-dəki işindən ayrılıb.

 

Pravda.az-ın xəbərinə görə, o, 2018-ci ildən İTV-nin “Xəbərlər” departamentinin direktor müavini vəzifəsində fəaliyyət göstərib. 2018-2019-cu illərdə “Ana xəbər” buraxılışının aparıcısı kimi efirə çıxıb.

 

K.Əlisgəndər qızı 1995-2005-ci illərdə AzTV-də aparıcı, redaktor, müxbir, 2005-2016-ci illərdə ANS-də “Şirin çay”, “İç xəbər”, “Xəbərçi” layihələrində aparıcı, rəhbər, redaktor, müxbir, 2016-2017-ci illərdə “İnterAz” televiziyasında xəbərlərin baş redaktoru vəzifələrində çalışıb. 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

 

Xatırlatma: Bundan əvvəl də tanınmış aparıcılar Leyla Quliyeva, Alidə Fərhadqızı, Jalə Əliyeva İTV ilə yollarını ayırıblar.

 

Cahid

Tarix: 22 Avqust 2022, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin