BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yayılan görüntülərdən sonra FHN-də çalışan heç bir xanım cəmiyyət içərisinə xidməti geyimdə çıxmaq istəmir”

“Hər hansı hadisəyə görə, yaxud hansısa insanlara görə nazirliklərin formalaşdırılmasının və ya ləğv olunmasının tərəfdar deyiləm. Məsələn, Müdafiə Sənayesi naziri Yavər Camalov vəfat edəndən sonra bu nazirlik ləğv olundu və onun yerinə “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən getdikdən sonra isə Müdafiə Sənayesi Nazirliyi bərpa olundu və onu burada nazir təyin etdilər. Buna oxşar digər hallar da olub. Məsələn, Ziya Məmmədov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Nəqliyyat Nazirliyi ləğv olundu. Bu kimi halların tərəfadarı deyiləm. Dövlət millətə və eyni zamanda dövlətə fayda verəcək daha qalıcı və ardıcıl strukturlar qurmalıdır. Yəni ölkədə şəxslərə özəl strukturlar formalaşdırılmamalıdır. Bu kino deyil ki, hansısa məşhur aktyora uyğunlaşdırılıb ssenari yazılsın”.

 

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T.Abbaslı bildirib ki, FHN-nin ləğv olunması, parçalanması, yeni nazirin gətirilməsi kimi məsələlər bu qurumun, oradakı şəxslərin dövlətə və millətə verdiyi faydalarla ölçülməlidir: “FHN bu gün vətənə, millətə fayda verirsə, qalsın və hazırkı formada fəaliyyət göstərsin. Yox, əgər bu qurum fayda vermirsə, əksinə bir çox sahələrdə problem yaradırsa və effektiv deyilsə, onda bunun başqa formasiyalarda fəaliyyətinin təşkil olunması barəsində müzakirələr aparmaq olar. Amma bunu şəxslərə bağlamaq, yəni hansısa polkovnik əxlaqsızlıq etdiy üçün nazirliyi ləğv etmək anlayışı qəbulolunmazdır. FHN-nin strukturunda dəyişiklik olarsa, mülki müdafiə qoşunlarının ordunun tərkibinə, yanğından mühafizə idarəsinin isə Daxili İşlər Nazirliyinin tərkibinə verilməli olduğunu düşünürəm. Digər qurumlar da aidiyyatı strukturlar üzrə bölünməli və bununla da dövlətin yükü azaldılmalıdır. Çünki burada dövlət büdcəsinə kifayət qədər əlavə yük düşür. Bu qurumların daha effektiv fəaliyyət göstərməsi üçün bu işlər görülməlidir. Bir sözlə, burada söhbət Kəmaləddin Heydərovun getməsi üçün FHN-nin ləğv olunması, yaxud da Kəmaləddin Heydərovun qalması səbəbilə nazirliyin saxlanılmasından getmir. Prezident İlham Əliyev istənilən vaxt belə bəhanələr olmadan da Kəmaləddin Heydərovu istefaya göndərə və başqasını bu vəzifəyə təyin edə bilər. FHN-dəki uniformaların (xidməti geyim) dəyişdirilməsi məsələsinə gəlincə isə, yayılan videogörüntülərdən sonra orada çalışan heç bir xanım cəmiyyət içərisinə bu formada çıxmaq istəmir. Ona görə də bu formanın dəyişdirilməsi barəsində düşünə bilərlər”.

 

Leyla Yusubova

Tarix: 22 Avqust 2022, 15:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin