BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərargah məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 808 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 795 222 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 698 aktiv xəstə var. Bu günə qədər 9 793 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 280, bu günə qədər isə ümumilikdə 7 122 716 test icra olunub.

Tarix: 22 Avqust 2022, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin