BURADA REKLAMINIZ OLA
BİLƏR

İsmayıllıya arı “hücum”u: Turlar təxirə salınır – “İnsanlar “Ballı bağ”da baldan istifadə edir, çay içirlər”

İsmayıllı rayonunda arıların çoxluğu səbəbindən turistlər rayona getməkdən imtina edirlər.

 

Bu barədə Prvada.az-a daxil olan şikayətdə bildirilib ki, İsmayıllıda yerləşən turistik məkanlarda arılar insanlara “hücum” çəkir.

 

Məlumatda bildirilib ki, çox sayda turisti arı sancıb. Bu səbəbdən rayona təşkil edilən turlar təxirə salınır, bu isə turizmə mənfi təsir edir.

 

İsmayıllı rayon icra başçısının müavini Sevil Əhmədova saytımıza açıqlamasında bildirib ki, məsələ araşdırılacaq:

 

“İsmayıllının Qalacıq ərazisində “Ballı bağ” deyilən yer var. Orada arı saxlanılır. İnsanlar da gedib “Ballı bağ”da təbii baldan istifadə edir, çay içirlər. Həmin ərazidə arı olduğu doğrudur. Digər istirahət mərkəzlərinin heç birindən belə məlumat daxil olmayıb. Qaynar xəttimiz də var, gündəlik əlaqə saxlanılır, qonaqlar da gəlir. Turizm məkanları ilə əlaqə saxladıq. Bildirildi ki, elə bir ciddi vəziyyət yoxdur. Bəzi özünəxidmət üçün nəzərdə tutulmuş ailəvi istirahət məkanlarında şirniyyatları, qarpızı kəsib qoyurlar. Meşələrdəki cır arılar yığışır. Rayon Mərkəzi Xəstəxanası ilə də əlaqə saxladıq. Arı sancması ilə bağlı xəstəxanaya müraciət edən olmayıb”.

 

Aytəkin Qardaşova

Tarix: 22 Avqust 2022, 17:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin