BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentdən Eldar Əzizovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 oktyabr tarixli 1724 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, sərəncama əsasən,  Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının Azərbaycan tərəfdən sədri dəyişib.

 

Komissiyanın sədri postunda Baş Nazirin birinci müavini Yaqub Eyyubovu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əvəz edib.

 

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.

Tarix: 17 Mart 2020, 17:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin