BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “Nə oldu, yaxşı oyanıb, komandanı xilas edəndə danışmadılar, indi bir səhvə görə Şahruddini asıb-kəsməlidirlər?”

““Qarabağ” dünən yaxşı oynadı. Futbolçlar kişi kimi döyüşüb, vuruşdular. Futboldur da, udmaq da var, uduzmaq da. Avropaya göstərdilər ki, biz də futbol oynaya bilirik. Yaxşı oynayıb uduzdular. Olur belə şeylər. İndi Avropa Liqasında oynayacaqlar. “Qarabağ”ın “köhlən atlar”ı yenə də Avropanı tapdaya-tapdaya gedəcəklər. Top yumru bir şeydir də. Biz istəyirdik ki, qalib gələk, amma indi belə gətirdi...”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

"Qurban Qurbanova, komandasına, Şahruddinə uğurlar arzulayıram. Bu futboldur, ruhdan düşməsinlər. Qurban Qurbanov sağolsun ki, Şahruddini müdafiə etdi. Hamı səhv edir. Səhvlərimizi özümüz və dostlarımız bilir, amma futbol elə bir şeydir ki, səhv edəndə milyonlarla adam bunu görür. Bir səhvdir, etdi... Nə oldu, yaxşı oyanıb, komandanı xilas edəndə danışmadılar, indi bir səhvə görə Şahruddini asıb-kəsməlidirlər? Şahruddin yaxşı qapıçıdır. Allah ona can sağlığı versin. Ona Avropa Liqasında yaxşı oynamağı arzu edirəm”. – A.Abbas bildirib.

 

Leyla Yusubova

Tarix: 24 Avqust 2022, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin