BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılovdan Mübariz Mənsimovla bağlı SENSASİON AÇIQLAMA

“İş adamı Mübariz Mənsimovu müdafiə etmədiyim üçün mənə çoxlu sayda suallar ünvanlayıb israrla onu müdafiə etməyimi tələb edənlər var. Bilməyənlərin nəzərinə çatdırıram ki, M.Mənsimovun Azərbaycanda həyat yoldaşının xəbəri olmadan boşanması ilə bağlı iş üzrə 3 ildən artıq həyat yoldaşının vəkili olmuşam”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

“Bu barədə onlarla yazılarım elə bu səhifələrimdə olub. Bu səhifələrdə paylaşdığım sübutlara baxmadan, o cümlədən boşanma işi üzrə məhkəmə olan vaxtlarda həyat yoldaşının Azərbaycan sərhədlərini keçmədiyini təsdiq edən Sərhəd Xidmətinin arayışına rəğmən, M.Mənsimovun hakimiyyətdə olan dayaqlarının səyi nəticəsində qanunsuz məhkəmə qərarları bütün məhkəmə instansiyalarında gücündə saxlandı. Elə buna görə bu barədə danışmağım düzgün olmazdı. Bundan başqa həmin 3 ili və son vaxtlar onun haqqında bildiyim çox şeylər var və bu ərəfədə, M.Mənsimovun dar günündə onların açıqlanmasını, mövqe sərgiləməmi də düzgün saymıram. İstənilən halda çoxlu sayda həmvətənimizi qardaş Türkiyədə işlə təmin edən bir iş adamının həbsinə sevinmək olmaz. Tezliklə haqq-ədalətin təmin edilməsini arzulayıram. Məndən bu qədər...” – A.İsmayılov qeyd edib.

Tarix: 17 Mart 2020, 20:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin